...

Azərbaycanda şəkərli diabet xəstələri üçün ayrılan vəsait 3 dəfəyədək artırılacaq

Cəmiyyət Materials 30 Oktyabr 2012 17:14 (UTC +04:00)
Trend-in məlumatına görə, 2013-cü il üçün dövlət büdcəsi layihəsində qeyd olunub ki, "Şəkərli diabet üzrə Dövlət Proqramı"na 33,7 mln. manat vəsaitin ayrılması nəzərdə tutulub. Bu, 2012-ci illə müqaisədə 21,5 mln. manat və ya 2,8 dəfə çoxdur.
Azərbaycanda şəkərli diabet xəstələri üçün ayrılan vəsait 3 dəfəyədək artırılacaq

Azərbaycan, Bakı, 30 oktyabr /Trend, müxbir M.Əliyev/

Azərbaycanda şəkərli diabet xəstələri üçün ayrılan vəsait 3 dəfəyədək artırılacaq.

Trend-in məlumatına görə, 2013-cü il üçün dövlət büdcəsi layihəsində qeyd olunub ki, "Şəkərli diabet üzrə Dövlət Proqramı"na 33,7 mln. manat vəsaitin ayrılması nəzərdə tutulub. Bu, 2012-ci illə müqaisədə 21,5 mln. manat və ya 2,8 dəfə çoxdur.

Bundan başqa, ilk dəfə olaraq 2013-cü ilin dövlət büdcəsinin səhiyyə xərcləri bölməsində dağınıq skleroz xəstəliyinə tutulmuş insanların müalicə tədbirləri üçün 4 milyon manat vəsait nəzərdə tutulub.

Həmçinin, layihəyə əsasən xroniki böyrək çatışmazlığı üzrə tədbirlərə 25,8 mln. manat (2012-ci illə müqayisədə 9,8 faiz çox), hemofiliya və talasemiya irsi qan xəstəlikləri üzrə tədbirlərə 21,2 mln. manat (2,9 faiz çox), onkoloji xəstəliklərin şiş əleyhinə əsas preparatlarla təminatına 25,1 mln. manat (2012-ci illə müqayisədə 72,4 faiz çox) vərəmlə mübarizə üzrə tədbirlər proqramının maliyyələşdirilməsinə 5 mln. manat (2012-ci illə müqayisədə 42,9 faiz çox) vəsait nəzərdə tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti