Azərbaycan, Bakı, 21 noyabr /Trend, müxbir İ.İsabalayeva/
Azərbaycan Milli Elmlər Akademiyası Geologiya İnstitutu 2013-cü ildə gənc alim və tələbələr üçün "Fundamental və tətbiqi geologiya elmi gənc alimlərin gözü ilə: nailiyyətlər, perspektivlər, problemlər və onların həlli yolları" adlı növbəti beynəlxalq ənənəvi forum keçirəcək.
İnstitutdan çərşənbə günü Trend-ə verilən məlumata görə, tədbir ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyinə həsr olunacaq.
İki ildən bir keçirilən tədbir beşinci dəfə təşkil olunacaq.