...

Bakıda təbii qazdan istifadə qaydalarının pozulması üzrə 3800-dən çox fakt aşkarlanıb

Cəmiyyət Materials 26 Noyabr 2012 18:17 (UTC +04:00)
Cari ilin oktyabr ayında ARDNŞ-nin "Azəriqaz” İstehsalat Birliyi üzrə təbii qazdan istifadə qaydalarının pozulmasına görə 3802 istehlakçıya müvafiq "qüsur aktı" tərtib olunub.
Bakıda təbii qazdan istifadə qaydalarının pozulması üzrə 3800-dən çox fakt aşkarlanıb

Azərbaycan, Bakı, 26 noyabr /Trend/

Cari ilin oktyabr ayında ARDNŞ-nin "Azəriqaz" İstehsalat Birliyi üzrə təbii qazdan istifadə qaydalarının pozulmasına görə 3802 istehlakçıya müvafiq "qüsur aktı" tərtib olunub. Bu "qüsur aktları" əsasında itirilmiş təbii qazın bərpası üzrə 8 003 630 kubmetr həcmində dəymiş ziyan hesablanıb.

Trend ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, Birlik tərəfindən müvafiq dövr ərzində Abşeron, Binəqədi, Sabunçu, Sumqayıt, Suraxanı, Xəzər və Yasamal qaz istismar sahələrinin xidməti ərazilərində 4269 istehlakçının qaz təsərrüfatında və qazpaylayıcı stansiyalardan hesabat aparılan 9 ölçü qovşağında yoxlama-təftiş işləri keçirilib. Yoxlamalar zamanı təbii qazdan istifadə qaydalarının pozulmasına görə 116 istehlakçıya müvafiq "qüsur aktı" tərtib olunub.

O cümlədən qeyri-qanuni (sayğacsız və qeydiyyatsız) təbii qazdan istifadəyə görə 70, təbii qazdan sayğacdankənar (oğurluq) istifadəyə görə 26, sayğacı mövcud cihazların sərfiyyatına uyğun olmadığı üçün 11, sayğacın hesablayıcı mexanizminə müdaxilə olunduğu (deşildiyi) və ya işləmədiyi üçün 8, fərdi evdə sayğac üfüqi vəziyyətdə aşkarlandığı üçün 1 "qüsur aktı" tərtib edilib. Bundan əlavə, 515 sayğacın dövlət yoxlamasına göndərilməsi qərara alınıb.

ARDNŞ-nin "Azəriqaz" İstehsalat Birliyi təbii qazdan istifadə qaydalarının pozulmasının qarşısının alınmasına yönəlmiş tədbirlərini bundan sonra da davam etdirəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti