Azərbaycan, Bakı, 1 dekabr /Trend, müxbir İ.İsabalayeva/
Yaxın iki ildə QİÇS, vərəm və malyariya ilə mübariə üzrə Qlobal Fond Azərbaycanda fəaliyyətini dayandıracaq. Trend-in məlumatına görə, bunu Azərbaycanda BMT-nin İİV, QİÇS üzrə Birgə Proqramının (UNAİDS) Azərbaycan nümayəndəliyinin rəhbəri Cəmilə Cərrahova 1 dekabr- Üumdünya QİÇS-lə Mübarizə Günü ilə əlaqədar keçirilən mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, fondun Azərbaycanda fəaliyyətinin dayandırmasının əsas səbəbi Azərbaycanın artıq iqtisadi inkişafına görə orta inkişaf səviyyəsindən yuxarı hesab olunmasıdır.
"Hazırda Qlobal Fond İİV proqramı üzrə 9-cu raundu həyata keçirir. Bu raund bitdikdən sonra artıq Fond Azərbaycanda fəaliyyətini dayandıracaq. Bundan sonra artıq Fondun fəaliyyətinin uzadılması üçün Azərbaycan tərəfindən müraciət etmək mümkün olmayacaq",-. Cərrahova əlavə edib.
QİÇS, vərəm və malyariya ilə mübariə üzrə Qlobal Fond Azərbaycanda fəaliyyətini dayandıracaq
Hazırda Qlobal Fond İİV proqramı üzrə 9-cu raundu həyata keçirir. Bu raund bitdikdən sonra artıq Fond Azərbaycanda fəliyyətini dayandıracaq