...

Kanadada Azərbaycan dili məktəbində Həmrəylik Günü və Yeni il qeyd olunub (FOTO)

Cəmiyyət Materials 18 Dekabr 2012 00:46 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 dekabr /Trend/

Bazar ertəsi Kanadanın Ottava şəhərində fəaliyyət göstərən "Qarabağ" adlı Azərbaycan dili məktəbinin təşəbbüsü ilə 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə tədbir keçirilib.

Azərbaycanın Kanadadakı səfirliyindən Trend-ə verilən məlumata görə, tədbir zamanı qeyd olunan həftəsonu məktəbdə oxuyan şagirdlərin ifasında Azərbaycanın Dövlət himni, o cümlədən Dünya Azərbaycanlılarının Həmrəylik Gününə və Yeni ilə xas olan bir sıra şeir və musiqilər səsləndirilib.

Qeyd edək ki, "Qarabağ" adlı Azərbaycan dili məktəbi 2011-ci il sentyabrın 10-da Kanadanın Ottava şəhərində fəaliyyətə başlayıb. Qeyd olunan məktəb Ottavada yaşayan həmvətənlərimiz Nigar Əliyeva və Vüsalə Əhmədovanın təşəbbüsü ilə təsis edilib. Məktəbdə Azərbaycan dilinin tədrisi Vüsalə Əhmədova tərəfindən həyata keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti