...

Azərbaycanda orta məktəblərə müsabiqə yolu ilə işə qəbul olunacaq müəllimlərin nəzərinə

Cəmiyyət Materials 29 Dekabr 2012 13:37 (UTC +04:00)
Azərbaycanda müsabiqə yolu ilə orta məktəb və peşə liseylərinə işə qəbul olunmuş müəllimlərin əmək müqaviləsinə yeni bənd əlavə ediləcək.
Azərbaycanda orta məktəblərə müsabiqə yolu ilə işə qəbul olunacaq müəllimlərin nəzərinə

Azərbaycan, Bakı, 29 dekabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanda müsabiqə yolu ilə orta məktəb və peşə liseylərinə işə qəbul olunmuş müəllimlərin əmək müqaviləsinə yeni bənd əlavə ediləcək. Bu məsələ təhsil nazirinin imzaladığı əmrdə öz əksini tapıb.

Təhsil Nazirliyindən şənbə günü Trend-ə verilən məlumata görə, yerli təhsili idarəetmə orqanlarının, TN-in birbaşa tabeliyində olan ümumi təhsil müəssisələrinin və peşə liseylərinin rəhbərləri həvəsləndirmə tədbirləri tətbiq olunan yerlərdə işə başlayanların ən azı 3 il, digər yerlərə işə qəbul olunanların isə ən azı 1 il işlədikdən sonra iş yerini dəyişmək barədə müraciət etməsinə icazə verildiyini əmək müqaviləsinə əlavə etməlidirlər.

Rəhbər şəxslər müsabiqə yolu ilə işə qəbul olunmuş müəllimlərlə əmək müqavilələrinin vaxtında bağlanmasını təmin etməlidirlər.

2012-2013-cü dərs ili üzrə ümumtəhsil müəssisələrində və peşə liseylərində 3270 vakant yerin 411-i rayon mərkəzindən 20 km-dək məsafədə yerləşən məktəblərdə, 389-u rayon mərkəzindən 20 km-dən artıq məsafədə yerləşən məktəblərdə olub. Bu tədris ilində ümumilikdə 800 yerə həvəsləndirmə tədbirlərinin tətbiq edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti