Azərbaycan, Bakı, 29 dekabr /Trend/
Azərbaycan Respublikasının Macarıstandakı Səfirliyi Dünya azərbaycanlılarının həmrəylik günü və yeni il münasibəti ilə musiqili-əyləncəli gecə keçirib.
səfirlikdən Trend-ə daxil olan məlumata görə, tədbirin əvvəlində çıxış edən səfir Vilayət Quliyev son günlərini yaşamaqda olduğumuz ilin ölkəmizin və eləcə də Azərbaycanın Macarıstandakı Səfirliyinin həyatındakı yaddaqalan, əlamətdar hadisələri haqqında danışmış, iştirakçıları yeni il və həmrəylik günü münasibəti ilə təbrik etmişdir.
Musiqili-əyləncəli gecədə səfirlik əməkdaşları və onların ailə üzvləri, Budapeştdə yaşayan və təhsil alan həmvətənlərimiz, macar qonaqlar iştirak etmişlər. Tədbir çərçivəsində balacalar üçün yolka şənliyi düzəldilmiş, Azərbaycan haqqında viktorina keçirilmişdir.