...

Azərbaycanda dini icmalardan biri ləğv edildi

Cəmiyyət Materials 9 Yanvar 2013 18:13 (UTC +04:00)
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən Trend-ə bildiriblər ki, Komitənin qeydiyyatını ləğv etdirmək istədiyi qurum "Həyatverici lütf" dini icmasıdır. Komitə həmin icmanın ləğvi üçün 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edib. Məhkəmə iddianı təmin edib. Bakı Apellyasiya Məhkəməsi qərarı qüvvədə saxlayıb. Ali Məhkəmədə isə Komitəyə qarşı kassasiya şikayəti təmin olunmayıb.
Azərbaycanda dini icmalardan biri ləğv edildi

Azərbaycan, Bakı, 9 yanvar /Trend, müxbir M.Əliyev/

Azərbaycanda dini icmalardan biri ləğv edilib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən Trend-ə bildiriblər ki, Komitənin qeydiyyatını ləğv etdirmək istədiyi qurum "Həyatverici lütf" dini icmasıdır. Komitə həmin icmanın ləğvi üçün 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edib. Məhkəmə iddianı təmin edib. Bakı Apellyasiya Məhkəməsi qərarı qüvvədə saxlayıb. Ali Məhkəmədə isə Komitəyə qarşı kassasiya şikayəti təmin olunmayıb.

Qeyd edək ki, "Həyatverici lütf" dini icması 21 aprel 1993-cü ildə Ədliyyə Nazirliyində qeydiyyata alınıb. Lakin 2001-ci ildə Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yaradıldıqdan sonra bu dini icma Dövlət Komitəsində qeydiyyatdan keçməyib. 2009-cu ildə "Dini etiqad azadlığı haqqında" qanuna edilmiş əlavə və dəyişikliklərə uyğun olaraq, əvvəllər qeydiyyatdan keçmiş dini icmalar 1 yanvar 2010-cu il tarixinədək sənədlərini Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə təqdim etməli idilər. Ancaq həmin müddət bitənədək "Həyatverici lütf" dini icması yenidən qeydiyyatdan keçmək üçün müvafiq sənədlərini Dövlət Komitəsinə təqdim etməyib. Bunu nəzərə alan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi həmin dini icmanın ləğvi üçün məhkəməyə müraciət edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti