...

TQDK imtahan yerləri bazasının formalaşdırılmasına başlayıb

Cəmiyyət Materials 11 Yanvar 2013 17:39 (UTC +04:00)
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası cari il üçün imtahan yerləri bazasının formalaşdırılmasına başlayıb.
TQDK imtahan yerləri bazasının formalaşdırılmasına başlayıb

Azərbaycan, Bakı, 11 yanvar /Trend, müxbir İ.İsabalayeva/

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası cari il üçün imtahan yerləri bazasının formalaşdırılmasına başlayıb.

Komissiyadan cümə günü Trend-ə verilən məlumata görə, 2013-cü ildə ali təhsil müəssisələrinin müxtəlif səviyyələrinə qəbul, buraxılış sinifləri şagirdlərinin biliyinin yekun qiymətləndirilməsi, sınaq və digər imtahanların keçirilməsi ilə əlaqədar Bakı şəhərində və bölgələrdə imtahan binalarına baxış keçirilməsi prosesinə başlanılıb.

İmtahan yerləri bazasında mövcud 500-ə yaxın binaya baxış keçirildikdən sonra onların imtahana yararlılıq dərəcələri müəyyənləşdiriləcək. Yeni binalar haqqında məlumat və dəyişikliklər bazaya daxil ediləcək, binaların pasportları yenidən tərtib ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti