...

Azərbaycanda 2012-ci ildə "yol epidemiyası"nın qurbanları artıb

Cəmiyyət Materials 15 Yanvar 2013 12:07 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 yanvar /Trend müxbir İ.İzzət/

Azərbaycanda ötən il 2892 yol qəzası qeydə alınıb.

Respublika Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev çərşənbə axşamı Trend-ə bildirib ki, ilkin məlumatlara görə, 2012-ci ildə respublikada qeydə alınan qəzalarda 1168 nəfər dünyasını dəyişib, 2997 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb.

Ötən il Bakıda 1068 yol-nəqliyyat hadisəsi qeydə alınıb, nəticədə 336 nəfər ölüb, 1126 nəfər isə xəsarət alıb.

Qeyd edək ki, 2011-ci ildə Azərbaycanda 2890 yol-nəqliyyat hadisəsi qeydə alınıb ki, bunun nəticəsində də 1016 nəfər dünyasını dəyişib, 3031 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti