...

Azərbaycan çaylarında su qıtlığı yaranır

Cəmiyyət Materials 28 Yanvar 2013 16:57 (UTC +04:00)
Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun Hidrogeologiya şöbəsinin müdiri, coğrafiya elmləri doktoru Rəna Qaşqay Trend-ə bildirib ki, əsasən, Kiçik Qafqazın çaylarında - Gəncə-Qazax zonasındakı çaylarda, Türyançay, Girdimançay, Ağsu çayında, Qobustan çaylarında (Sumqayıtçay, Pirsaat və b.) suyun azlığı, qıtlığı əmələ gəlir. Nəticədə çayların aşağı axınlarda su az olur, bəzən isə tamam quruyur.
Azərbaycan çaylarında su qıtlığı yaranır

Azərbaycan, Bakı, 28 yanvar /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanın bəzi çaylarında suyun sərfi azalır.

Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun Hidrogeologiya şöbəsinin müdiri, coğrafiya elmləri doktoru Rəna Qaşqay Trend-ə bildirib ki, əsasən, Kiçik Qafqazın çaylarında - Gəncə-Qazax zonasındakı çaylarda, Türyançay, Girdimançay, Ağsu çayında, Qobustan çaylarında (Sumqayıtçay, Pirsaat və b.) suyun azlığı, qıtlığı əmələ gəlir. Nəticədə çayların aşağı axınlarda su az olur, bəzən isə tamam quruyur.

"Bu çaylarda yalnız suyun qıtlığı müşahidə edilir, çünki çayın yuxarı hissəsində sudan çox istifadə edirlər. Səbəb o deyil ki, suyumuz azalır. Yuxarıda su anbarları tikirlər, kanallar çəkirlər, xırda arxlar çəkilər. Həmin arxlar da heç dövlət tərəfindən qeydiyyata alınmır. Ona görə də bu çaylarda su aşağılara az gəlir", - Qaşqay deyib.

Onun sözlərinə görə, sadalanan çaylarda suyun azalması 25-30 ildir ki müşahidə edilir.

Alim deyib ki, çaylarda su sərfinin azalması səhralaşma prosesinin baş verməsinə də təkan verir.

Qaşqay hesab edir ki, çaylardakı su qıtlığının qarşısını almaq mümkündür. Bunun üçün hər çayın özünün sanitar axını, başqa sözlə, ekoloji axını olmalıdır. Bu, hər çayın özünün suyunun miqradından asılı olaraq müəyyən edilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev isə Trend-ə bildirib ki, son dövrlərdə aparılmış tədiqatların nəticələrinə görə, iqlim dəyişmələri, yay dövründə temperaturun yüksəlməsi, quraqlıq olması, hətta buxarlanmanın çox olması nəticəsində bəzi günlərdə çaylarda müəyyən azalma baş verir. İsti günlərdə hətta yağış suları hesabına qidalanan kiçik çaylarda quruma müşahidə edilir.

"Ancaq ümumi tədqiqatlarımız göstərir ki, Böyük Qafqaz çaylarında qış, yaz və payız aylarında suyun sərfində artım müşahidə edilir. Bu da qış dövründə əsasən yağıntıların çox düşməsi, temperatur yüksəldikdə isə qarın əriməsi ilə əlaqədardır. Ancaq yay dövründə azalma olur", - Verdiyev qeyd edib.

O əlavə edib ki, böyük çayların - Kür, Qanıx çaylarının yuxarı hissəsində illik axında elə bir dəyişiklik baş vermir. Ancaq yay dövrlərində həmin çaylarda azalma baş verir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti