...

Azərbaycanla İran arasında məhkumların verilməsi məsələsi müzakirə olunub

Cəmiyyət Materials 1 Fevral 2013 11:05 (UTC +04:00)
Yanvarın 31-də ədliyyə naziri Fikrət Məmmədov İranın Bakıdakı fövqəladə və səlahiyyətli səfiri Möhsün Pakayin ilə görüşüb.
Azərbaycanla İran arasında məhkumların verilməsi məsələsi müzakirə olunub

Azərbaycan, Bakı, 1 fevral /Trend, müxbir İ.İzzət/

Azərbaycanın ədliyyə naziri Fikrət Məmmədov İranın Bakıdakı fövqəladə və səlahiyyətli səfiri Möhsün Pakayin ilə görüşündə iki ölkə arasında məhkumların verilməsi məsələsi müzakirə olunub.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüşdə hüquqi yardım, məhkumların verilməsi və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb, penitensiar müəssisələrdə tibbi yardımın təşkilinə dair Azərbaycanın təcrübəsinə maraq göstərilib.

Görüşdə Azərbaycanla İran arasında zəngin müqavilə bazasına söykənən müxtəlif sahələrdə, o cümlədən hüquq sahəsində əlaqələr qeyd edilib, respublikamızda ədliyyə sistemində aparılan islahatlardan danışılaraq əməkdaşlığın əhəmiyyəti vurğulanıb.

Səfir Möhsün Pakayin ölkəsinin Azərbaycan ilə əlaqələrin daha da genişləndirilməsinə xüsusi əhəmiyyət verdiyini deyib, iki ölkənin ədliyyə və məhkəmə orqanları arasında qarşılıqlı fəaliyyətin yüksək səviyyədə olduğunu qeyd edərək, hüquqi əməkdaşlığın daha da genişləndirilməsi üçün səylərini əsirgəməyəcəyini bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti