...

Ötən il prokurorluq orqanlarına 51 mindən çox şikayət daxil olub

Cəmiyyət Materials 1 Fevral 2013 16:20 (UTC +04:00)
2012-ci ildə bütövlükdə prokurorluq orqanlarına 51 mindən çox, o cümlədən Baş Prokurorluğa 37,3 min ərizə və şikayət daxil olub.
Ötən il prokurorluq orqanlarına 51 mindən çox şikayət daxil olub

Azərbaycan, Bakı, 1 fevral /Trend, müxbir İ.İzzət/

2012-ci ildə bütövlükdə prokurorluq orqanlarına 51 mindən çox, o cümlədən Baş Prokurorluğa 37,3 min ərizə və şikayət daxil olub.

Azərbaycan Respublikası Baş Prokurorluğunun mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bu rəqəmlər Baş Prokurorluğun bu gün keçirilmiş kollegiya iclasında açıqlanıb.

Hesabat ilində dövlət ittihamının müdafiəsini həyata keçirən prokurorların iştirakı ilə 12.945 şəxs barəsində 10.815 cinayət işi və məhkəməyədək sadələşdirilmiş icraat üzrə materiallara baxılaraq yekun qərarlar qəbul edilib, məhkəmə səhvlərinin aradan qaldırılması üçün məqsədyönlü işlər görülüb.

Qeyd edilənlərlə yanaşı, bu fəaliyyət istiqaməti üzrə işdə mövcud olan çatışmazlıqların aradan qaldırılması üçün konkret tapşırıqlar verilib.

Azərbaycan Respublikası Prokurorluğu orqanları tərəfindən 2012-ci ildə vətəndaş müraciətlərinə baxılması və onların qəbulu işinin daha da təkmilləşdirilməsi istiqamətində zəruri tədbirlər həyata keçirildiyi vurğulanıb. Hesabat ilində bütövlükdə prokurorluq orqanlarına 51 mindən çox, o cümlədən Baş Prokurorluğa 37,3 min ərizə və şikayət daxil olmaqla, onların 18,8 mininin müvafiq qaydada həlli, o cümlədən 2.520 müraciət üzrə vətəndaşların qaldırdığı məsələlər təmin olunub.

Prokurorluq orqanlarında 24,5 mindən çox, o cümlədən şəxsən prokurorlar tərəfindən 11,3 min, Baş Prokurorluqda isə 3.035 vətəndaş qəbul edilib.

Kollegiyada prokurorluğun əlaqədar qurumlarından tələb edilib ki, müraciətlərə baxılması və vətəndaşların qəbulu sahəsində rəhbər vəzifəli və əsas icraçılar olan əməkdaşların məsuliyyətinin artırılması, yeni informasiya texnologiyalarının imkanlarından daha geniş istifadə olunması, müraciətlərə formal yanaşma və süründürməçilik, qəbula gələnlərə biganə münasibət göstərilməsi hallarına son qoyulması təmin olunsun.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti