...

Gəncə sakinlərinə xoş xəbər

Cəmiyyət Materials 16 Fevral 2013 13:11 (UTC +04:00)
Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Teleradio" İstehsalat Birliyi (İB) ölkədə ilk dəfə olaraq rəqəmsal TV proqramların kommersiya yayımına başlayıb. Bu barədə şənbə günü Trend-ə İB-dən məlumat verilib.
Gəncə sakinlərinə xoş xəbər

Azərbaycan, Bakı, 16 fevral / Trend, müxbir H.Vəliyev /

Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Teleradio" İstehsalat Birliyi (İB) ölkədə ilk dəfə olaraq rəqəmsal TV proqramların kommersiya yayımına başlayıb. Bu barədə şənbə günü Trend-ə İB-dən məlumat verilib.

İB-dən deyildiyi kimi, 54 televiziya proqramından ibarət olan kommersiya paketi Gəncə şəhərində buraxılıb. Perspektivdə kanalların sayı artırılacaq.

Paketə qoşulmanın dəyəri 52 manatdır. Məbləğə aylıq abunə ödənişi, tyunerin dəyəri və SMART kartın haqqı daxildir. Kommersiya paketinin aylıq dəyəri altı manatdır.

"Teleradio" İstehsalat Birliyinin Gəncə Radio Televiziya Yayım Filialı ında kommersiya yayımının buraxılışı üçün dörd rəqəmsal ötürücü quraşdırıb. Onun vasitəsilə siqnal yaxınlıqdakı yaşayış məntəqələrinə qədər yayımlanır. Avadanlıqların tədarükçüsü qismində "Vigintos Elektronika" şirkəti çıxış edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti