...

Bakıda "Azərbaycan ailəsi V film festivalı başlayıb

Cəmiyyət Materials 18 Fevral 2013 17:40 (UTC +04:00)
Trend-in məlumatına görə, bazar ertəsi Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində (AQUPDK) "Azərbaycan ailəsi" beşinci film festivalının açılış mərasimi keçirilib.
Bakıda "Azərbaycan ailəsi V film festivalı başlayıb

Azərbaycan, Bakı, 18 fevral /Trend, müxbir İ.İsabalayeva/

Bakıda "Azərbaycan ailəsi" V film festivalı başlayıb.

Trend-in məlumatına görə, bazar ertəsi Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində (AQUPDK) "Azərbaycan ailəsi" beşinci film festivalının açılış mərasimi keçirilib.

Festival Heydər Əliyev Fondu, AQUPDK və BMT-nin Əhalin Fondunun birgə layihəsidir.

Müsabiqənin məqsədi ictimaiyyətin diqqət və səylərini ailənin cəmiyyətdəki statusunu qaldırmağa yönəltmək, ailənin tərbiyəvi funksiyasının gücləndirilməsinə əlverişli şərait yaratmaq, ailə dəyərlərinə marağı artırmaq, gənc ailələrdə yüksək mənəvi dəyərlərin aşılanması və ölkədə maarifləndirmə işlərinin aparılmasıdır.

Təqdim edilən filmlərin mövzusu müsabiqənin ideya və məqsədinə uyğun olmaqla yanaşı, bədii, sənədli, animasiya filmləri, televiziya proqramları və sosial çarxlar şəklində qəbul edilir.

Festival "Ən yaxşı film", "Ən yaxşı televiziya proqramı", "Ən yaxşı sosial çarx", "Ən yaxşı xarici film" nominasiyaları üzrə keçirilir.

İşlər doldurulmuş anketlə birlikdə aprelin 22-dək təşkilat komitəsinə təqdim edilməlidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti