...

Azərbaycanda Əmək Ehtiyatlarının İnkişafı Agentliyi yaradılacaq

Cəmiyyət Materials 22 Fevral 2013 11:00 (UTC +04:00)
Azərbaycanda Əmək Ehtiyatlarının İnkişafı Agentliyi yaradılacaq.
Azərbaycanda Əmək Ehtiyatlarının İnkişafı Agentliyi yaradılacaq

Azərbaycan, Bakı, 22 fevral / Trend müxbir M.Əliyev/

Azərbaycanda Əmək Ehtiyatlarının İnkişafı Agentliyi yaradılacaq. Trend-in məlumatına görə, bu barədə cümə günü Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətindən bildirilib.

"Azərbaycanda əmək ehtiyatlarından daha dolğun istifadə etmək, işçi qüvvəsinin keyfiyyətini və rəqabət qabiliyyətini artırmaq, layiqli məşğulluğu və əmək bazarında ehtiyac duyulan bacarıqların müəyyən olunmasını təmin etmək dövlətin məşğulluq siyasətinin əsas hədəflərindən biridir. Bu məqsədlə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Əmək Ehtiyatlarının İnkişafı Agentliyinin yaradılması nəzərdə tutulur.

Bununla bağlı olaraq, müvafiq işlər aparılmaqdadır", - nazirlikdən bildirilib.

Həmçinin Agentliyin Əsasnaməsinin layihəsi hazırlanıb və aidiyyatı təşkilatların rəyləri nəzərə alınmaqla yenidən işlənərək Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti