...

Azərbaycanda 27 icmanın qeydiyyata alınmasından imtina olunub

Cəmiyyət Materials 6 Mart 2013 09:53 (UTC +04:00)
2012-ci ildə təqdim etdikləri sənədlər qanunvericiliyin tələblərinə cavab vermədiyinə görə 27 icma qeydiyyata alınmayıb.
Azərbaycanda 27 icmanın qeydiyyata alınmasından imtina olunub

Azərbaycan, Bakı, 6 mart / Trend müxbir M.Əliyev/

Azərbaycanda 2012-ci ildə təqdim etdikləri sənədlər qanunvericiliyin tələblərinə cavab vermədiyinə görə 27 dini icma qeydiyyata alınmayıb.

Trend-in məlumatına görə, bu barədə Azərbaycan hökumətinin 2012-ci il üzrə hesabatında bildirilir.

İndiyədək dövlət qeydiyyatından keçmiş 576 dini qurumdan 555-i İslam, 21-i qeyri-islam təmayüllüdür. Qeyri-islam təmayüllü dini qurumlardan 12-si xristian, 6-sı yəhudi, 2-si bəhai və biri krişna şüuru dini icmasıdır.

Qeyri-qanuni yollarla dini ədəbiyyatın ölkəyə idxalının,nəşrinin və yayılmasının qarşısının alınması üçün aparılan tədbirlər nəticəsində 791 adda dini məzmunlu ədəbiyyata baxılaraq, dini dözümsüzlüyü, ayrı-seçkiliyi və radikallığı təbliğ edən 49 adda kitabın ölkəyə idxalına razılıq verilməyib.

Çap olunmaq məqsədi ilə ekspertizaya təqdim olunmuş 131 adda dini ədəbiyyatdan 3-nün çapı məqsədəuyğun sayılmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti