...

Millət vəkili zorakılığa məruz qalmış qadınlar üçün sığınacaq mərkəzlərinə yardım edib (FOTO)

Cəmiyyət Materials 7 Mart 2013 15:50 (UTC +04:00)
Millət vəkili Qənirə Paşayeva 8 mart - Beynəlxalq Qadınlar günü münasibətilə sözləri ona, musiqiləri Azərbaycanın əməkdar incəsənət xadimi Aygün Səmədzadəyə məxsus "Nədən Həyat" albomundan əldə olunan gəliri zorakılığa məruz qalmış qadınlar üçün sığınacaq mərkəzlərinə bağışlayıb. Trend-in məlumatına görə, bunu 3 albomun Park Bulvarda "Əli və Nino" kitab mağazasında təşkil edilən imzaetmə mərasimində bildirib.
Millət vəkili zorakılığa məruz qalmış qadınlar üçün sığınacaq mərkəzlərinə yardım edib (FOTO)

Azərbaycan, Bakı, 7 mart /Trend, müxbir M.Əliyev/

Millət vəkili Qənirə Paşayeva 8 mart - Beynəlxalq Qadınlar günü münasibətilə sözləri ona, musiqiləri Azərbaycanın əməkdar incəsənət xadimi Aygün Səmədzadəyə məxsus "Nədən Həyat" albomundan əldə olunan gəliri zorakılığa məruz qalmış qadınlar üçün sığınacaq mərkəzlərinə bağışlayıb. Trend-in məlumatına görə, bunu 3 albomun Park Bulvarda "Əli və Nino" kitab mağazasında təşkil edilən imzaetmə mərasimində bildirib.

Tədbirdə bütün qadınları 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edən millət vəkili imzaetmə mərasiminin "Qadınlara qarşı zorakılığa YOX deyək!" çağırışı altında keçirilməsinin və bir xeyriyyə aksiyası olmasının xüsusi önəm daşıdığını deyib.

"Biz qadınların məişət zorakılığı da daxil olmaqla məruz qaldığı bütün növ zorakılıqlara qarşı mübarizəmizi bir cəmiyyət olaraq daha da artırmalı, hər gün ailəmizdən, ətrafımızdan başlayaraq bu cür mənfi hallara qarşı hər birimiz mübarizə aparmalıyıq", - deputat deyib.

Dünyanın hər yerində bu kimi halların olduğunu vurğulayan millət vəkili Qənirə Paşayeva Azərbaycanın da sivil, inkişaf edən ölkə kimi, bu mənfi hallara qarşı mübarizə aparan ölkələrdən biri olduğunu, bu istiqamətdə qanunların qəbul olunduğunu və işlərin getdikcə daha da sürətləndiyini deyərək cəmiyyətin hər bir üzvünün, hər bir vətəndaşın bu kimi mənfi hallara qarşı mübarizədə üzərinə böyük rol düşdüyünü deyib.

"Ailələrimizdə böyüyən uşaqlar bu ruhda tərbiyə edilməlidir. Uşaqlarımız "qadına qarşı zorakılıq ən böyük insan haqları pozuntusudur" deyə tərbiyə edilməlidir. Kişilər öz ailələrindən, evlərindən başlamalıdır bu nəcib işə - həyat yoldaşlarına qarşı bu cür hallara yol verməməklə... Biz hamımız öz ətrafımızdan başlamalıyıq. Bağçalardan, məktəblərdən başlamalıyıq maarifləndirməyə, uşaqları bu istiqamətdə öyrətməyə, tərbiyə etməyə. Biz ətrafımızda baş verən bu cür mənfi hallara qarşı laqeyd və duyğusuz olmamalıyıq və hər yerdə bu kimi hallara qarşı öz münasibətimizi bildirməliyik", - millət vəkili qeyd edib.

Paşayeva "Nədən Həyat" albomundan əldə olunan gəlirin zorakılığa məruz qalmış qadınlar üçün sığınacaq mərkəzlərinə bağışlanacağını və bununla, köməyə ehtiyacı olan bir sıra qadınlara yardımçı olacaqlarından məmnunluq duyduğunu dilə gətirib.

"Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova çıxışında bütün qadınları 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib və qadınlara qarşı zorakılıq kimi mənfi halların qarşısının alınması üçün bu sahədə maarifləndirmə işinin daha da genişləndirilməsinin və bu cür xeyriyyə aksiyalarının keçirilməsinin əhəmiyyətini vurğulayıb. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ölkələrarası övladlığa götürmə sektorunun müdiri Vəsilə Mövsümova qadınlara qarşı zorakılıqla mübarizədə cəmiyyətin bütün təbəqələrindən olan hər kəsin fəal rol oynamasının və ön sıralarda olmasının vacibliyini vurğulayıb.

Daha sonra millət vəkili Qənirə Paşayeva imzaetmə mərasimində iştirak edənlər üçün musiqi albomlarını imzalayıb, tədbir iştirakçılarının suallarını cavablandırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti