...

NQMTO narkotiklər üzrə QHT-lərin Vyana Beynəlxalq Mərkəzinə üzv seçilib

Cəmiyyət Materials 11 Mart 2013 16:28 (UTC +04:00)
Narkotiklərə Qarşı Milli Təbliğat Ofisi İctimai Birliyinin Martın 14-də Avstriyanın paytaxtı Vyana şəhərində keçiriləcək BMT-nin 56-cı sessiyasında Beynəlxalq Mərkəzə tamhüquqlu üzv olması rəsmən elan olunacaqdır.
NQMTO narkotiklər üzrə QHT-lərin Vyana Beynəlxalq Mərkəzinə üzv seçilib

Azərbaycan, Bakı, 11 mart /Trend, müxbir M.Əliyev/

Narkotiklərə Qarşı Milli Təbliğat Ofisi İctimai Birliyinin Martın 14-də Avstriyanın paytaxtı Vyana şəhərində keçiriləcək BMT-nin 56-cı sessiyasında Beynəlxalq Mərkəzə tamhüquqlu üzv olması rəsmən elan olunacaqdır.

İB-dən Trend-ə verilən məlumata görə, sessiyada iştirak edəcək Narkotiklərə Qarşı Milli Təbliğat Ofisinin rəhbəri Məzahir Əfəndiyev ölkədə bu sahədə görülən işlər, aparılan uğurlu islahatlarla bağlı geniş təqdimat etməklə, İB tərəfindən təşəbbüs olaraq qaldırılmış narkotiklərlə bağlı yeni Vahid Konvensiyanın (General Convension) işlənib hazırlanmasının vacibliyini bir daha iştirakçı ölkələrin nümayəndələrinin, ekspert və mütəxəssislərinin diqqətinə çatdıracaq.

Narkotiklərə Qarşı Milli Təbliğat Ofisi İctimai Birliyi Narkotiklər üzrə QHT-nin Vyana Beynəlxalq Mərkəzinə üzv seçilib.

Qeyd edək ki, hələ keçən ilin dekabr ayında ofis BMT-nin Narkotiklər və Cinayətkarlıqla Mübarizə İdarəsinin (UNODC) Vətəndaş Cəmiyyəti Şəbəkəsinə tamhüquqlu üzv seçilib.

1983-cü ildə yaradılmış Beynəlxalq Mərkəzin məqsədi dünyada bu sahədə fəaliyyət göstərən QHT-ləri BMT-nin Narkotiklər və Cinayətkarlıqla Mübarizə İdarəsi ilə əlaqələndirmək, eyni zamanda, İdarənin işinə dəstək verərək QHT-nin fəaliyyəti ilə bağlı məlumatlandırmaqdan ibarətdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti