...

Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasında turizm və qədim abidələr üzrə sənəd imzalanacaq

Cəmiyyət Materials 12 Mart 2013 17:52 (UTC +04:00)
Turizm sahəsində iki ölkə arasında əməkdaşlığın davamlı inkişafının təmin edilməsi məqsədilə "Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə Səudiyyə Ərəbistanı Krallığının Turizm və Qədim Abidələr üzrə Baş Komissiyası arasında turizm sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu"nun imzalanması nəzərdə tutulur.
Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasında turizm və qədim abidələr üzrə sənəd imzalanacaq

Azərbaycan, Bakı, 12 mart /Trend, müxbir İ.İsabalayeva/

Turizm sahəsində iki ölkə arasında əməkdaşlığın davamlı inkişafının təmin edilməsi məqsədilə "Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə Səudiyyə Ərəbistanı Krallığının Turizm və Qədim Abidələr üzrə Baş Komissiyası arasında turizm sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu"nun imzalanması nəzərdə tutulur.

Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, sənəd Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin Səudiyyə Ərəbistana səfəri çərçivəsində imzalanacaq.

Hazırda Qarayevin rəhbərlik etdiyi nümayəndə heyəti Səudiyyə Ərəbistanının Mədinə şəhərinin 2013-cü ildə İslam mədəniyyəti paytaxtı elan edilməsi ilə əlaqədar keçiriləcək tədbirlərdə iştirak etmək məqsədilə bu ölkədə səfərdədir. Nümayəndə heyətinin tərkibinə nazirliyin Aparatının rəhbəri Firudin Qurbanov, şərqşünas-alim Vasim Məmmədəliyev və Azərbaycan Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri, akademik Arif Mehdiyev daxildir.

Səfər çərçivəsində Azərbaycanın mədəniyyət və turizm naziri Əbulfəs Qarayevin Səudiyyə Ərəbistanının mədəniyyət və informasiya naziri Əbdüləziz bin Muhyiddin Xuca ilə görüşü nəzərdə tutulub. Görüş zamanı iki ölkə arasındakı əlaqələrin və turizm sahəsində həyata keçirilməsi nəzərdə tutulan tədbirlərin müzakirəsi planlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti