...

Azərbaycan Diplomatik Akademiyasında Tibb Mərkəzi istifadəyə verilib (FOTO)

Cəmiyyət Materials 14 Mart 2013 13:10 (UTC +04:00)
Tibb Mərkəzi həkim, müayinə və manipulyasiya otaqlarından ibarətdir. Mərkəz ADA-nın müəllim və tələbə heyətinin ilkin tibbi yardım ehtiyaclarının ödənilməsi üçün nəzərdə tutulub.
Azərbaycan Diplomatik Akademiyasında Tibb Mərkəzi istifadəyə verilib (FOTO)

Azərbaycan, Bakı, 14 mart /Trend, müxbir İ.İzzət/

Bu gün Azərbaycan Diplomatik Akademiyasının (ADA) Tibb Mərkəzinin açılışı olub.

Trend xəbər verir ki, martın 14-də Azərbaycan Diplomatik Akademiyasının Tibb Mərkəzinin açılışı olub. Açılışıq mərasimində ADA-nın rektoru, xarici işlər nazirinin müavini, səfir Hafiz Paşayev, Səhiyyə Naziri Oqtay Şirəliyev və Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi, Sərhəd Qoşunları komandanı, general-leytenant Elçin Quliyev iştirak ediblər.

Tibb Mərkəzi həkim, müayinə və manipulyasiya otaqlarından ibarətdir. Mərkəz ADA-nın müəllim və tələbə heyətinin ilkin tibbi yardım ehtiyaclarının ödənilməsi üçün nəzərdə tutulub.

ADA Tibb Mərkəzi DSX-nın Hərbi Hospitalı tərəfindən idarə olunur. Mərkəzin tibbi personalı, avadanlıq və ləvazimatlar DSX-nın Hərbi Hospitalı tərəfindən təmin edilib.

Qeyd edək ki, Azərbaycan Diplomatik Akademiyası 2006-ci il martın 6-da Azərbaycan Xarici İşlər Nazirliyinin nəzdində təsis edilib. Hazırda akademiyada 300 nəfərə yaxın tələbə təhsil alır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti