...

Ötən il 303 əcnəbi Azərbaycan vətəndaşlığını qəbul edib

Cəmiyyət Materials 19 Mart 2013 14:03 (UTC +04:00)
Azərbaycan Respublikası vətəndaşlığına qəbul, bərpa və xtam ilə bağlı əcnəbilərdən və vətəndaşlığı olmayan şəxslərdən, həmçinin ölkə vətəndaşlarından daxil olan 368 müraciət müvafiq qaydada araşdırılıb, həmin müraciətlərdən 303-ü Azərbaycan Respublikasının vətəndaşlığına qəbul, 6-sı Azərbaycan Respublikasının vətəndaşlığına bərpa, 59-u isə Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı olub.
Ötən il 303 əcnəbi Azərbaycan vətəndaşlığını qəbul edib

Azərbaycan, Bakı, 19 mart /Trend, müxbir İ.İzzət/

Azərbaycan Respublikası vətəndaşlığına qəbul, bərpa və xitam ilə bağlı əcnəbilərdən və vətəndaşlığı olmayan şəxslərdən, həmçinin ölkə vətəndaşlarından daxil olan 368 müraciət müvafiq qaydada araşdırılıb, həmin müraciətlərdən 303-ü Azərbaycan Respublikasının vətəndaşlığına qəbul, 6-sı Azərbaycan Respublikasının vətəndaşlığına bərpa, 59-u isə Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı olub.

Trend-in "Respublika" qəzetinə istinadən verdiyi xəbərə görə, bunu Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi, 3-cü dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyev bildirib.

Xidmət rəisinin sözlərinə görə, ötən il ərzində ümumilikdə Dövlət Miqrasiya Xidmətinə daxil olmuş 96634 sənədə baxılıb və mövcud qanunverciyilin tələblərinə uyğun olaraq müvafiq qərarlar qəbul edilib. 2012-ci il ərzində Dövlət Miqrasiya Xidmətinə əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin ölkədə müvəqqəti olma müddətlərinin izadılması, müvəqqəti və daimi yaşama icazələrinin verilməsi ilə bağlı 49822 müraciət daxil olub.

Bu müraciətlərdən 3667-si müvəqqəti olma müddətinin uzadılması, 42851 müvəqqəti yaşamaq icazəsi, 3304-ü daimi yaşamaq icazəsi ilə bağlı olub. Dövlət Miqrasiya Xidmətinə qaçqın statusu almaq niyyətində olan 52 nəfər əcnəbi müraciət edib.

Ümumiyyətlə, Dövlət Miqrasiya Xİdmətinin yarandığı son 6 il ərzində Xidmət əməkdaşlarının həyata keçirdikləri müvafiq tədbirlər nəticəsində əcnəbilər tərəfindən 50000-dən artıq hüquqpozma halları aşkar edilib. Onların 10000-dən çoxunun əsasları olduğu üçün ölkə ərazisində yaşamaları leqallaşdırılıb, 39500-dən artıq əcnəbinin isə ölkə ərazisindən çıxarılması təmin edilib. Təkcə 2012-ci ildə qanunsuz miqrasiyaya qarşı həyata keçirilən tədbirlər nəticəsində miqrasiya qanunvericiylinin tələblərini pozan 20655 əcnəbi və vətəndaşlığı olmayan şəxs aşkar edilib ki, onlardan da 3409 şəxsin ölkə ərazisində yaşamaları leqallaşdırılıb, 17246 əcnəbinin ölkə hüquqlarından kənara çıxarılması təmin edilib.

Həmçinin, Dövlət Miqrasiya Xidməti tərəfindən 626 sahibkarlıq subyektində yoxlamalar həyata keçirilib və 322 halda inzibati pozuntu aşkar edilərək qanunvericiliyin tələblərinə uyğun qərarlar qəbul olunub.

Bundan əlavə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin əmək fəaliyyətini həyata keçirmələri üçün fərdi icazələrin verilməsi və mövcud icazələrin müddətinin uzadılması məsələləri ilə bağlı xidmətə 16090 müraciət daxil olub, əvvəlki hesabat dövründə icraatda olan 1556 müraciət də nəzərə alınmaqla, qanunvericiliyin tələblərinə uyğun aparılan araşdırmalardan sonra 11970 nəfərə fərdi icazə verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti