...

Bakının mərkəzi prospektində yeni yerüstü piyada keçidinin tikintisinə başlanılıb

Cəmiyyət Materials 26 Mart 2013 10:56 (UTC +04:00)
Bakının mərkəzi prospektində yeni yerüstü piyada keçidinin tikintisinə başlanılıb. Bu barədə çərşənbə axşamı Trend-ə "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev məlumat verib.
Bakının mərkəzi prospektində yeni yerüstü piyada keçidinin tikintisinə başlanılıb

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 26 mart /Trend, müxbir İ.İzzət/

Bakının mərkəzi prospektində yeni yerüstü piyada keçidinin tikintisinə başlanılıb. Bu barədə çərşənbə axşamı Trend-ə "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev məlumat verib.

Mürsəliyev bildirib ki, Nərimanov rayonu Atatürk prospekti 47 ünvanında yeni yerüstü piyada keçidinin tikintisinə başlanılıb.

Onun sözlərinə görə, keçidin uzunluğu 84 metr, eni 4 metr, yerdən hündürlüyü isə 5,5 metr olacaq.

Ərazidə artıq bütün kommunikasiyalar köçürülüb.

Mürsəliyev deyib ki, elektrik, rabitə və su xətlərinin yeri dəyişdirilib. Onun sözlərinə görə, tikinti işləri 2013-ü ilin yay aylarında başa çatdırılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti