...

Ziya Məmmədov: Mayın sonunda Bakıda ilk 100 avtobusda vahid kart sistemi tətbiq ediləcək

Cəmiyyət Materials 30 Mart 2013 14:42 (UTC +04:00)
Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov bildirib ki, mayın sonundan Bakıda ilk 100 avtobusda vahid kart sistemi tətbiq ediləcək.
Ziya Məmmədov: Mayın sonunda Bakıda ilk 100 avtobusda vahid kart sistemi tətbiq ediləcək

Azərbaycan, Bakı, 30 mart /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov bildirib ki, mayın sonundan Bakıda ilk 100 avtobusda vahid kart sistemi tətbiq ediləcək.

"Hazırda Prezident İlham Əliyevin tapşırığı ilə ictimai nəqliyyatda kart sisteminin tətbiqi üçün iş aparılır. Prezident tapşırıq verib ki, vahid kart sistemi yalnız avtobuslarda deyil, metro sistemində də həyata keçirilsin. Türkiyənin müvafiq şirkətləri bizimlə bu istiqamətdə çalışır", - Trend-in məlumatına görə, bunu şənbə günü jurnalistlərə Məmmədov bildirib.

Nazirin sözlərinə görə, may ayının sonundan ilk 100 avtobusda vahid kart sistemi tətbiq ediləcək. Bu il ərzində vahid kart sisteminin tətbiq ediləcəyi avtobusların sayının 1000-ə çatdırılması nəzərdə tutulub.

"2015-ci ildə keçiriləcək ilk Avropa Olimpiya Oyunlarına kimi bu sistem tamamilə başa çatdırılacaq və vətəndaşların istifadəsinə veriləcək", - o deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti