...

Tibbi sosial ekspertiza işinin təkmilləşdirilməsi mövzusunda müşavirə keçirilib (FOTO)

Cəmiyyət Materials 5 Aprel 2013 17:24 (UTC +04:00)
Bu gün Respublika Tibbi Sosial Ekspertiza Mərkəzində əhaliyə göstərilən tibbi-sosial ekspertiza xidmətinin təşkili və əlillərin reabilitasiyası sahəsində mövcud vəziyyətin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş müşavirə keçirilib.
Tibbi sosial ekspertiza işinin təkmilləşdirilməsi mövzusunda müşavirə keçirilib (FOTO)

Azərbaycan, Bakı, 5 aprel /Trend/

Bu gün Respublika Tibbi Sosial Ekspertiza Mərkəzində əhaliyə göstərilən tibbi-sosial ekspertiza xidmətinin təşkili və əlillərin reabilitasiyası sahəsində mövcud vəziyyətin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş müşavirə keçirilib. Bu barədə Trend-ə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Müşavirədə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədov və ölkə üzrə tibbi sosial ekspertiza komissiyalarının sədrləri iştirak ediblər. Tədbirdə vətəndaşlara göstərilən tibbi-sosial ekspertiza xidmətinin təkmilləşdirilməsi, eyni zamanda, tibbi-sosial ekspert komissiyalarının (TSEK) reabilitasiya göstəricilərinin daha da yüksəlməsi istiqamətində səylərini artırmalarının vacib olduğu bildirilib.

Respublikada ilkin əlilliyin profilaktikasının gücləndirilməsi, əlilliyə görə göndərişlərin TSEK-ə səhiyyə müəssisələri tərəfindən təqdim edilməsi, əhaliyə göstərilən tibbi-sosial ekspertiza xidmətinin sadələşdirilməsi və səhiyyə müəssisələri tərəfindən TSEK-ə əsassız göndəriş hallarının azaldılması üçün Səhiyyə Nazirliyinə məktub göndərilib və bu istiqamətdə işin təşkilinə başlanılıb.

Tədbirdə əlilliyi doguran faktorların öyrənilməsi, əlilliyin müəyyən edilməsi və ilkin əlilliyin profilaktikasi, müayinə olunan şəxslərin reabilitasiya imkanlarının dürüst qiymətləndirilməsi istiqamətlərində aparılan komleks tədbirlərin genişləndirilməsi məqsədilə müvafiq dövlət qurumları və ictimai təşkilatlar arasında əməkdaşlığın genişləndirilməsi, vətəndaşların qəbulları zamanı qeyri-hökumət təşkilatlarının nümayəndələrinin də iştirakı, regionlarda yaşayan vətəndaşların nazirlikdə telekörpü vasitəsi ilə qəbulu, vətəndaşlara xəstəliyinə görə əmək zəmanətinin verilməsi, hər bir əlilə fərdi reabilitasiya proqramının tərtib edilməsi məsələsi müzakirə edilib.

Tədbirdə vətəndaşların tibbi-sosial ekspertiza xid¬məti ilə bağlı ərizə və şikayətlərinin yerindəcə araşdırılması üçün Respublika Tibbi-Sosial Ekspert və Bakı Protez-Ortopedik Bərpa mərkəzlərinin mütəxəssislərinin, həmçinin nazirliyin məsul əməkdaşlarının bölgələrə ezam olunması, bu işlərdə ictimai təşkilatların iştirakına şərait yaradılması, əlillərlə bağlı vahid məlumat bazasına müddətsiz əlillər haqqında dolğun məlumatların daxil edilməsi işlərinin sürətləndirilməsi məsələlərinə dair müvafiq göstərişlər verilib. Qeyd edilib ki, cari ilin mart ayında tibbi-sosial ekspertiza ilə bağlı 200 nəfərdən artıq şəxs nazirlikdə qəbul edilib, onlara lazımi izahat verilib, qanunvericilik daxilində kömək göstərilib.

Tədbirdə nazirliyin reabilitasiya müəssisələrində hər il xeyli sayda əlilə bərpa-müalicə xidməti göstərildiyi qeyd edilərək, həmin müəssisələrdə xidmətin və bərpa-müalicə prosedurlarının müasir tələblərə uyğun təkmilləşdirilməsi, onların maddi-texniki bazasının gücləndirilməsi, yay mövsümündə Qarabağ müharibəsi əlillərinin və digərlərinin respublikadan kənarda müalicəsinin təşkilinin təmin edilməsi barədə də göstərişlər verilib.

Qeyd edək ki, Azərbaycan Respublikası 2008-ci ildə "Əlilliyi olan şəxslərin hüquqları haqqında" Konvensiyanı və Konvensiyanın Fakultativ Protokolunu ratifikasiya etməklə öz üzərinə mühim öhdəliklər götürüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti