...

Türkiyədə suriyalı qaçqınlar üçün böyük konteyner şəhərciyi yaradılır

Cəmiyyət Materials 10 Aprel 2013 12:25 (UTC +04:00)
Türkiyənin Kilis vilayətinin Elibeyli rayonunda ölkədə ən böyük konteyner şəhərciyinin salınması işləri yekunlaşmaq üzrədir. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü "CNN Türk" telekanalı xəbər yayıb.
Türkiyədə suriyalı qaçqınlar üçün böyük konteyner şəhərciyi yaradılır

Azərbaycan, Bakı, 10 aprel /Trend, müxbir A.Tağıyeva/

Türkiyənin Kilis vilayətinin Elibeyli rayonunda ölkədə ən böyük konteyner şəhərciyinin salınması işləri yekunlaşmaq üzrədir. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü "CNN Türk" telekanalı xəbər yayıb.

Şəhərcik 3,6 min konteynerdən ibarət olacaq. Onun tikintisi gələn ay yekunlaşacaq.

Bildirilir ki, konteyner şəhərciyində təxminən 20 minə yaxın suriyalı qaçqın yerləşdirilə biləcək.

Şəhərcikdə 2 məscid, 2 supermarket, 4 məktəb, 4 inzibati bina, 1 sağlamlıq mərkəzi və başqa müəssisələr yerləşəcək. Şəhərciyin tikintisi 45,4 milyon türk lirəsinə başa gəlib.

Daha əvvəl ölkənin Fövqəladə vəziyyətlərin qarşısının alınması və onların nəticələrinin aradan qaldırılması İdarəsinin (AFAD) rəhbəri Fuat Oktay bildirib ki, Türkiyə ərazisində yaşayan suriyalı qaçqınların sayı 300 minə yaxınlaşıb.

Oktayın sözlərinə görə, 181 mindən çox insan Türkiyə höküməti tərəfindən suriyalı qaçqınlar üçün yaradılan düşərgələrdə yaşayır. Bundan başqa, 100 mindən çox suriyalı qaçqın isə düşərgələrdən kənarda, Türkiyənin sərhədyani vilayətlərində məskən salıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti