...

Bakıdan Lvova birbaşa uçuşlar başlayır

Cəmiyyət Materials 19 Aprel 2013 18:06 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 aprel /Trend/

"Azərbaycan Hava Yolları" QSC Bakı-Lvov-Bakı istiqamətinə birbaşa uçuşlara başlayır.

Trend-in məlumatına görə, iyunun 16-dan sentyabrın 15-dək "Azərbaycan Hava Yolları" QSC Bakı-Lvov/Lvov-Bakı istiqamətində birbaşa uçuşları yerinə yetirəcək.

Uçuşlar komfortlu Airbus A-319 və Airbus A-320 ilə həftədə iki dəfə - hər cümə axşamı və bazar günü həyata keçiriləcək (uçuş qrafiki: Bakı 08.30 Lvov 09.55/11.10 Bakı 16.20 (yerli vaxtla).

Uçuş 3 saat 30 dəqiqə davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti