...

Baş prokuror: Təbrizdə həbs olunmuş Azərbaycan vətəndaşlarının işinə tez bir zamanda baxılacaq

Cəmiyyət Materials 7 May 2013 09:02 (UTC +04:00)

Azərbaycan, Bakı, 7 may /Trend, müxbir T.Cəfərov/

Təbrizdə həbs olunmuş iki Azərbaycan vətəndaşının işinə tez bir zamanda baxılacaq və qısa müddət ərzində məlumat veriləcək. Bunu İranın baş prokuroru və Məhkəmə Sisteminin sözçüsü Qulamhüseyn Möhsini Əjeyi deyib. Trend-in məlumatıa görə, bu barədə İran televiziyasının rəsmi xəbər saytı "İribnews" məlumat verir.

Əjeyi bildirib ki, həmin vətəndaşların həbsi ilə bağlı Təbriz prokurorluğundan məlumat alıb. Onların həbs olunması səbəbləri və detalları barədə indi açıqlama verə bilməsə də, tez bir zamanda bununla bağlı məlumat veriləcək.

Xatırladaq ki, bir neçə gün öncə İranda Azərbaycan Milli Elmlər Akademiyasının Ədəbiyyat İnstitutunun Xarici ölkələr ədəbiyyatı və xarici ədəbi əlaqələr şöbəsinin elmi işçisi Xalidə Xalid və onun sürücüsü Şamxal Hüseynov ETTELAT tərəfindən saxlanılıblar. Azərbaycan tərəfi bununla bağlı İrana nota verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti