...

Azərbaycanda turizm şirkətinin fəaliyyəti dayandırılıb

Cəmiyyət Materials 8 May 2013 20:47 (UTC +04:00)
Ötən ay Azərbaycanda 4 şirkətə turizm fəaliyyəti ilə məşğul olmaq üçün lisenziyalar verilib, 1 şirkətin lisenziyasının fəaliyyəti dayandırılıb.
Azərbaycanda turizm şirkətinin fəaliyyəti dayandırılıb

Azərbaycan, Bakı, 8 may /Trend/

Ötən ay Azərbaycanda 4 şirkətə turizm fəaliyyəti ilə məşğul olmaq üçün lisenziyalar verilib, 1 şirkətin lisenziyasının fəaliyyəti dayandırılıb. Bu barədə Trend-ə Mədəniyyət və Turizm Nazirliyindən məlumat verilib.

Nazirlik tərəfindən cari ilin aprel ayı ərzində aşağıdakı şirkətlərə turizm fəaliyyəti ilə məşğul olmaq üçün lisenziyalar verilib:

1. "SunWay Ltd" MMC (hüquqi ünvanı: Bakı şəhəri, Bakıxanov küçəsi, ev 22, mənzil 2) 01.04.2013-cü il tarixli, qeydiyyat nömrəsi 326;
2. "Qafqaz Hotel" MMC (hüquqi ünvanı: Bakı şəhəri, 7-ci mikrorayon, ev 66, mənzil 122) 01.04.2013-cü il tarixli, qeydiyyat nömrəsi 327;
3. "AİT" MMC (hüquqi ünvanı: Bakı şəhəri, Xəqani küçəsi, ev 34) 16.04.2013-cü il tarixli, qeydiyyat nömrəsi 329;
4. "ALFA-Mİ TRAVEL" MMC (hüquqi ünvanı: Bakı şəhəri, Cavadxan küçəsi, ev 70, mənzil 49) 30.04.2013-cü il tarixli, qeydiyyat nömrəsi 330.

"RİAD TOUR" MMC-yə (hüquqi ünvanı: Bakı şəhəri, M. Hüseynov küçəsi, ev 82, mənzil 1, 23.12.2011-ci il tarixli, qeydiyyat nömrəsi 252) turizm fəaliyyəti ilə məşğul olmaq üçün verilmiş xüsusi razılığın (lisenziya) isə fəaliyyəti dayandırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti