Azərbaycan, Bakı, 20 may /Trend, müxbir İ.İsabalayeva/
Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov mayın 25-də Şirvan şəhərində vətəndaşları qəbul edəcək.
Trend-in Təhsil Nazirliyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, nazir Şirvan Şəhər Mərkəzi Mədəniyyət Evində Şirvan şəhəri və Salyan, Neftçala, Biləsuvar, Saatlı, Sabirabad, İmişli, Hacıqabul və Kürdəmir rayonlarında yaşayan vətəndaşları qəbul edəcək.
Qəbula gəlmək istəyən vətəndaşlar Təhsil Nazirliyinin "Qaynar xətt" xidmətinin 146 nömrəli telefonuna və ya [email protected] elektron poçt ünvanına müraciət edərək qeydiyyatdan keçə bilərlər.