...

AMEA prezidenti: Artıq nanotexnologiyalar sahəsindəki yeniliklərin müəllifi olmaq lazımdır

Cəmiyyət Materials 21 May 2013 14:11 (UTC +04:00)
Azərbaycana yalnız nanotexnologiyalar sahəsindəki yenilikləri izləmək kifayət etmir. Artıq bu yeniliklərin müəllifi olmaq lazımdır.
AMEA prezidenti: Artıq nanotexnologiyalar sahəsindəki yeniliklərin müəllifi olmaq lazımdır

Azərbaycan, Bakı, 21 may /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycana yalnız nanotexnologiyalar sahəsindəki yenilikləri izləmək kifayət etmir. Artıq bu yeniliklərin müəllifi olmaq lazımdır. Trend-in məlumatına görə, bunu Gənclər və İdman Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA), Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyəti və EURODOC (Gənc Tədqiqatçılar və Doktorantların Avropa Şurası) təşkilatçılığı ilə keçirilən "Avropa məknaında yeni çağırışlar: Gənc Alimlərin Beynəlxalq Bakı Forumu"nda çıxış edən AMEA prezidenti Akif Əlizadə bildirib.

Onun sözlərinə görə, Azərbaycan alimləri Avropa alimləri ilə əməkdaşlığı genişləndirməlidirlər. O, AMEA-nın bu məsələyə öz dəstəyini göstərməyə hazır olduğunu da söyləyib.

O bildirib ki, Azərbaycanın ümummilli lideri Heydər Əliyevin siyasətində gənclərə xüsusi yer verilib. O, gənclərin ən yaxın dostu olub. Bu siyasətin davamçısı olan Azərbaycan Prezidenti İlham Əliyev də gənclərə eyni münasibəti göstərir.

AMEA prezidenti deyib ki, forumun keçirilməsində məqsəd elmi bilik mübadiləsi, eləcə də müxtəlif ölkələri və sahələri təmsil edən gənc alimlər arasında əməkdaşlığı inkişaf etdirməkdir. Forum çərçivəsində 5 istiqamət üzrə parallel sessiyaların keçirilməsi nəzərdə tutulub.

Forumda texnika, nanotexnologiyalar, İKT sahəsində yeni işlər, tibb, biologiya və kimya sahəsində Avropa gənc alimlərinin elmi nəticələri, Yer elmləri sahəsində Avropa alimlərinin əldə etdikləri nəticələr, alimlərin biznes və iqtisadi strukturlarla əməkdaşlığı və inteqrasiyası, Avropa gənc alimlərinin humanitar sferada əməkdaşlığı kimi məsələlər müzakirə ediləcək.

Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli bildirib ki, Azərbaycanda elm sahəsi daim diqqət mərkəzində olub. O deyib ki, Azərbaycanda elektron hökumətlə bağlı bir sıra sərəncamlar verilib. Millət vəkili 23 xidmətin "Asan xidməti"ndə birləşməsini də elmin cəmiyyətdə inkişaf etməsinin təzahürü kimi dəyərləndirib.

Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun kicraçı direktoru Fərhad Hacıyev bu qurumun fəaliyyəti barədə məılumat verib. O, çıxışında fondun beynəlxalq əməkdaşlığa hər zaman hazır olduğunu da xüsusi vurğulayıb.

Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun içraçı direktoru Elçin Babayev qeyd edib ki, gənc alimlərin bir araya gəlməsi üçün təkcə elmi dialoq deyil, həm də mədəniyyətlərarası dialoq lazımdır: "Qloballaşan dünyada gənclərin müsbət xarakterli ambisiyalarına yol açılmalıdır. Mən istərdim ki, Bakı Forumu müntəzəm olaraq fəaliyyət göstərsin. Forumun daimi katibliyi yaradıla, o iki ildən bir keçirilə bilər".

Qeyd edək ki, forum mayın 25-də yekiunlaşacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti