...

Azərbaycan ilə Türkiyə arasında diplomların qarşılıqlı tanınması məsələsində heç bir problem qalmayacaq

Cəmiyyət Materials 22 May 2013 16:19 (UTC +04:00)
Gələcəkdə Azərbaycanla Türkiyə arasında diplomların qarşılıqlı tanınması məsələsində heç bir problem qalmayacaq. Trend-in məlumatına görə, bunu Azərbaycanın təhsil naziri Mikayıl Cabbarovla birgə keçirdiyi mətbuat konfransında Türkiyənin milli təhsil naziri Nabi Avçı deyib.
Azərbaycan ilə Türkiyə arasında diplomların qarşılıqlı tanınması məsələsində heç bir problem qalmayacaq

Azərbaycan, Bakı, 22 may /Trend, müxbir İsabalayeva/

Gələcəkdə Azərbaycanla Türkiyə arasında diplomların qarşılıqlı tanınması məsələsində heç bir problem qalmayacaq. Trend-in məlumatına görə, bunu Azərbaycanın təhsil naziri Mikayıl Cabbarovla birgə keçirdiyi mətbuat konfransında Türkiyənin milli təhsil naziri Nabi Avçı deyib.

Qarşılıqlı tələbə mübadiləsinin davam edəcəyini deyən türkiyəli nazirin sözlərinə görə, hazırda Azərbaycandan Türkiyəyə, Türkiyədən Azərbaycana gedəcək tələbələrin və onların təhsil aldıqları ixtisasların sayının artırılması üçün iş aparılır.

Avçı deyib ki, "Mövlanə Mübadilə Proqramı" növbəti illərdə Qafqaz Universitetləri Birliyinə üzv olan ölkələr arasında da həyata keçiriləcək. Bu proqram çərçivəsində tələbə və müəllimlərin qarşılıqlı mübadiləsi daha da yaxşılaşacaq.

Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov deyib ki, ali təhsil sahəsindəki problemlərin həlli, gələcək inkişaf perspektivləri həm təhsil naziri Nabi Avçı, həm də Ali Təhsil Şurasının sədri Gökhan Çetinsaya ilə keçirilən görüş zamanı müzakirə edilib. O bu müzakirələrin nəticəsinin təhsil ocaqlarının fəaliyyətinə müsbət təsir göstərəcəyinə ümid etdiyini deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti