...

Bu gün Nəsimi və Yasamal rayonlarında qaz olmayacaq

Cəmiyyət Materials 5 İyul 2013 12:10 (UTC +04:00)
Təmir işləri aparılan müddətdə Nəsimi və Yasamal rayonlarının bir hissəsinə təbii qazın verilməsində fasilələr yaranacaq.
Bu gün Nəsimi və Yasamal rayonlarında qaz olmayacaq

Azərbaycan, Bakı, 5 iyul /Trend/

Təmir işləri ilə əlaqədar olaraq 05 iyul 2013-cü il tarixdə saat 10:00-dan 18:00-dək "Alatava" Qazpaylayıcı Stansiyasından qidalanan "Mikrorayon 500 mm-lik" orta təzyiqli qaz kəmərindən qaz təchizatı dayandırılacaq.Bu barədə Trend-ə "Azəriqaz" İstehsalat Birliyindən cümə günü məlumat verilib.

Məlumatda deyilir ki, təmir işləri aparılan müddətdə Nəsimi və Yasamal rayonlarının bir hissəsinə təbii qazın verilməsində fasilələr yaranacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti