...

Təcridxanada saxlanılan İlkin Rüstəmzadənin səhhətinin diqqətdə saxlanılması tövsiyə edilib

Cəmiyyət Materials 9 İyul 2013 11:52 (UTC +04:00)
Bakı İstintaq Təcridxanasına başçəkmə həyata keçirilib.
Təcridxanada saxlanılan İlkin Rüstəmzadənin səhhətinin diqqətdə saxlanılması tövsiyə edilib

Azərbaycan, Bakı, 9 iyul /Trend, müxbir İ.İzzət/

Bakı İstintaq Təcridxanasına başçəkmə həyata keçirilib.

Ombudsman Aparatının mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Aparatının əməkdaşları Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında olub və orada saxlanılan İlkin Rüstəmzadə ilə görüşüblər.

İ.Rüstəmzadə saxlanılma şəraiti və müəssisə əməkdaşlarının ona qarşı rəftarından hər hansı şikayətinin olmadığını, ailəsi ilə qanunvericiliyə uyğun olaraq telefon əlaqəsi saxladığını, həmçinin görüşdüyünü, hazırda isə səhhətinin normal olduğunu və həkim tərəfindən ona mütəmadi olaraq tibbi yardım göstərildiyini bildirib.

Ombudsman Aparatının əməkdaşları müəssisə rəhbərliyinə adı çəkilən şəxsin səhhətinin diqqətdə saxlanılmasını tövsiyə ediblər.

Qeyd edək ki, mayın 17-də Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin təqdimatı ilə "Azad Gənclik" təşkilatının üzvü İlkin Rüstəmzadə barəsində iki aylıq həbs qətimkan tədbiri seçilib. Prokurorluq gənc fəala Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsinin iki bəndi ilə (221.2.1 və 221.2.2) ittiham irəli sürüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti