...

Bakı yol polisindən sürücülərə müraciət

Cəmiyyət Materials 11 İyul 2013 12:25 (UTC +04:00)
Bakının Heydər Əliyev prospektində, “Şəfa” stadionunun qarşısında gedən yeni yol ötürücüsünün tikintisi ilə əlaqədar avtomobil sıxlığının, tıxacların, yol qəza hadisələrinin yaranmaması məqsədilə Bakı şəhər Dövlət Yol Polisi İdarəsi avtomobil sürücülərinə müraciət etdi.
Bakı yol polisindən sürücülərə müraciət

Azərbaycan, Bakı, 11 iyul /Trend, müxbir İ.İzzət/

Bakının Heydər Əliyev prospektində, "Şəfa" stadionunun qarşısında gedən yeni yol ötürücüsünün tikintisi ilə əlaqədar avtomobil sıxlığının, tıxacların, yol qəza hadisələrinin yaranmaması məqsədilə Bakı şəhər Dövlət Yol Polisi İdarəsi avtomobil sürücülərinə müraciət etdi.

Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov Trend-ə bildirib ki, paytaxtın Heydər Əliyev prospektində, "Şəfa" stadionunun qarşısında gedən yeni yol ötürücüsünün tikintisi ilə əlaqədar avtomobil sıxlığının, tıxacların, yol qəza hadisələrinin yaranmaması məqsədilə Bakı şəhər Dövlət Yol Polisi İdarəsi paytaxtın Qala, Buzovna, Mərdəkan və həmin ərazilər üzrə digər istiqamətlər boyu hərəkət edən avtomobil sürücülərindən xahiş edir ki, qeyd edilən istiqamətlərə və geriyə hərəkət edərkən Heydər Əliyev Beynəlxalq Hava Limanının yanından alternativ yol kimi Bakı-Hövsan-Aeroport beton yolundan istifadəsini tövsiyə edir:

"Bütün sürücülərdən xahiş edilir ki, qısa zaman ərzində göstərilən ərazidə tikinti başa çatdırılanadək altenativ olaraq adıçəkilən yoldan istifadə etsinlər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti