...

Azərbaycanda hərbçilərin sosial vəziyyətinin yaxşılaşdırılması ilə bağlı dövlət proqramı qəbul oluna bilər

Cəmiyyət Materials 31 İyul 2013 16:19 (UTC +04:00)
Azərbaycanda hərbi qulluqçuların sosial vəziyyətinin yaxşılaşdırılması ilə bağlı dövlət proqramının qəbul olunması təklif edilir.
Azərbaycanda hərbçilərin sosial vəziyyətinin yaxşılaşdırılması ilə bağlı dövlət proqramı qəbul oluna bilər

Azərbaycan, Bakı, 31 iyul /Trend, müxbir M.Əliyev/

Azərbaycanda hərbi qulluqçuların sosial vəziyyətinin yaxşılaşdırılması ilə bağlı dövlət proqramının qəbul olunması təklif edilir.

Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü, deputat Zahid Oruc Trend-ə bildirib ki, hərbi qulluqçuların dövlət müdafiəsi ilə bağlı dövlət proqramının qəbul olunmasına ehtiyac var.

Onun sözlərinə görə, dövlət proqramı hərbi sistemdə çalışanların sosial şəraitinin yaxşılaşdırılmasını yeni əsaslarla qurmağa imkan verəcək.

Millət vəkili vurğulayıb ki, bu məsələ Milli Məclisdə qanunvericiliyə dəyişikliklərlə də öz həllini tapa bilər, lakin ayrıca qəbul olunan dövlət proqramı hərbçilərin həm mənzil-məişət şəraitinə müsbət təsir göstərərdi, onların xidməti evlərlə təminatına səbəb olardı, həm də xidmətdən sonrakı dövr üçün müəyyən müddəaları özündə əks etdirə bilərdi:

"Ən başlıcası odur ki, ölkənin müdafiəsində iştirak edən, onun təhlükəsizliyinin təminatçısı olan insanların mühüm həyati problemini ortadan qaldırmaq lazımdır. Azərbaycan media təmsilçilərinin, mədəniyyət xadimlərinin, qaçqın və köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması ilə bağlı mühüm addımların atılması bizə o məntiqi deyir ki, hərbçilərlə bağlı məsələ daha geniş şəkildə həll oluna bilər və bunun üçün lazım olan resurslar var".

Z.Oruc vurğulayıb ki, xüsusi dövlət proqramının həyata keçirilməsi Silahlı Qüvvələrdə mənəvi-psixoloji vəziyyətin daha da yaxşılaşmasına, orduda ruh yüksəkliyinin qorunmasına müsbət təsir göstərə bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti