Azərbaycan, Bakı, 1 avqust /Trend/
Kempinski Badamdar hoteli 2013-cü il üçün TripAdvisor tərəfindən Fərqlənmə Sertifikatı ilə mükafatlandırıldı. Bu barədə Trend-ə cümə axşamı hoteldən məlumat verilib.
TripAdvisor veb-saytının Fərqlənmə Sertifikatı TripAdvisor-da ən yaxşı fəaliyyət nümayiş etdirmiş şirkətlərə və qonaqlar tərəfindən üstün müştəri xidmətlərinə görə maksimal beş xaldan ən azı dörd ilə qiymətləndirilmiş otellərə təqdim edilir.
Hotelin baş meneceri Pierre Stacher deyir: "Bu mükafatı aldığımız üçün qürur duyuruq. Bu mükafatın bizim üçün xüsusi dəyəri var, çünki o, qonaqlarımızın fikirlərinə əsaslanır."
TripAdvisor dünyada ən böyük səyahət saytıdır və insanlara səyahətlərini planlaşdırmağa və mükəmməl etməyə imkan verir. Burada real səyahətçilərdən etibarlı məsləhətləri təklif olunur. Veb-sayt bir ayda 230 mln unikal ziyarətçiyə malikdir və burada 2,7 mln hotel, restoran və atraksion haqqında 10 mln-dan çox fikir və rəylər mövcuddur.