...

Rezidenturaya qəbul imtahanlarına hazırlaşanlar üçün keçirilən sınaq imtahanının nəticələri açıqlanıb

Cəmiyyət Materials 19 Avqust 2013 15:52 (UTC +04:00)
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası rezidenturaya qəbul imtahanlarına hazırlaşan namizədlərə kömək məqsədilə keçirdiyi sınaq imtahanlarının nəticələrini açıqlayıb.
Rezidenturaya qəbul imtahanlarına hazırlaşanlar üçün keçirilən sınaq imtahanının nəticələri açıqlanıb

Azərbaycan, Bakı, 19 avqust /Trend, müxbir İ.İsabalayeva/

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası rezidenturaya qəbul imtahanlarına hazırlaşan namizədlərə kömək məqsədilə keçirdiyi sınaq imtahanlarının nəticələrini açıqlayıb.

Komissiyadan Trend-ə verilən məlumata görə, sınaq imtahanlarının nəticələrini namizədlər TQDK-nın saytından öyrənə bilərlər. Sınaq imtahanları avqustun 17-də baza, avqustun 18-də ixtisas fənləri üzrə keçirilib.

İmtahanda iştirak etmək istəyən namizədlər üçün 680 nəfər qeydiyyatdan keçib.

Sınaq imtahanları Bakı şəhərində keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti