...

Təhsil naziri şagirdlərin yay istirahətinin vaxtının azaldılmasını zəruri hesab edir

Cəmiyyət Materials 28 Avqust 2013 16:22 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 avqust / Trend, müxbir M.Əliyev/

3 ay yarım yay tətili şagirdlərin istirahəti üçün çox uzun müddətdir. Trend-in məlumatına görə, bunu təhsil naziri Mikayıl Cabbarov "Facebook" səhifəsindəki suallar əsasında verdiyi müsahibəsində deyib.

Nazir bildirib ki, uşaqlara yayda istirahət etməyə nə qədər çox imkan verilirsə, bir o qədər də onların tədris ili zamanı dərs yükü artır: "Dərs günlərinin sayı azalır. Əvvəllər dərslər sentyabrın 1-də başlayırdı, eyni zamanda tədris 6 günlük idi. Amma bu il tədris sentyabrın 16-da başlayacaq və tədris həftəsi də 5 günlük olacaq".

Beynəlxalq təcrübəyə görə, yay tətilləri uzunmüddətli olduqda uşaqların bilik səviyyələrinin məktəbə gələrkən xeyli aşağı düşdüyü görünür. Bu başqa bir problem də yaradır, məktəb proqramının həcmi azalmır. Ən azı 20-25 il bundan öncə məktəbdə verilməli olan proqramın həcmi bugünkündən az deyildi. Yaxud əksinə, bu gün verilməli olan bilik proqramı 20-25 il əvvəlkindən az olmamalıdır".

Lakin M.Cabbarov bu il məktəblərdə dərslərin sentyabrın 16-da başlayacağını və bu qərarın dəyişməyəcəyini deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti