...

TQDK ali məktəblərin boş qalan yerlərinə və kolleclərə qəbul olan abituriyentlərə müraciət edib

Cəmiyyət Materials 29 Avqust 2013 16:38 (UTC +04:00)
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ali təhsil müəssisələrinin boş qalan yerlərinə və tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsil müəssisələrinə qəbul olan abituriyentlərə müraciət edib.
TQDK ali məktəblərin boş qalan yerlərinə və kolleclərə qəbul olan abituriyentlərə müraciət edib

Azərbaycan, Bakı, 29 avqust /Trend, müxbir İ.İsabalayeva/

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ali təhsil müəssisələrinin boş qalan yerlərinə və tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsil müəssisələrinə qəbul olan abituriyentlərə müraciət edib.

Komissiyadan Trend-ə verilən məlumata görə, 2013/2014-cü tədris ili üçün ali təhsil müəssisələrinin boş qalan yerlərinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olan abituriyentlər sentyabrın 4-dək qəbul olduqları təhsil müəssisələrində qeydiyyatdan keçməlidirlər. Abituriyentlər qeydiyyat üçün tələb olunan sənədlərin siyahısını qəbul olduqları təhsil müəssisəsindən öyrənə bilərlər.

Qeyd olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilməsindən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri müvafiq təhsil müəssisəsinə göndərilməyəcək.

Qeyd edək ki, ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə 938 nəfər, tam orta orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə 8243 nəfər qəbul olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti