...

Dələduzluqda ittiham olunan tikinti şirkətinin direktor müavininə hökm oxunub

Cəmiyyət Materials 5 Sentyabr 2013 11:30 (UTC +04:00)

Azərbaycan, Bakı, 5 sentyabr /Trend, müxbir A.Məmmədov/

Bakı Ağır Cinayətlər Məhkəməsində Suraxanı rayonunda fəaliyyət göstərən "Altun" istirahət mərkəzinin sahibi və "Badi-Kübə" Mənzil-tikinti kooperativinin direktor müavini Asif Əsədullazadənin məhkəməsi başa çatıb.

Trend-in məlumatına görə, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə Asif Əsədullazadənin işi üzrə hökm elan edilib. Hökmə əsasən, Asif Əsədullazadənin zərərçəkmişlərə dəymiş ziyanı ödəməsi ilə bağlı barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkumetmə) maddəsi tətbiq edilib.

Məhkəmənin hökmü ilə Asif Əsədullazadə 8 il müddətinə şərti cəza alıb və məhkəmə zalından azadlığa buraxılıb.

İttihama görə, Asif Əsədullazadə "Badi-Kübə" MTK-da tikilməsi üçün nəzərdə tutulan evlərdən vətəndaşlara ev almaq təklif edib. Asif Əsədullazadə alıcılarla müqavilə də bağlayıb. Lakin binanı tikməyib və ümumilikdə 29 nəfərin pulunu mənimsəyib. O, 29 vətəndaşa 31 ev satmaqla 860 min 90 manat mənimsəyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti