...

Bakıda avtomobil yolun ortasında aşdı (VİDEO)

Cəmiyyət Materials 13 Sentyabr 2013 12:00 (UTC +04:00)
Bakıda minik avtomobili yolun ortasında tozanaq qopararaq aşıb.
Bakıda avtomobil yolun ortasında aşdı (VİDEO)

Azərbaycan, Bakı, 13 sentyabr /Trend, müxbir İ.İzzət/

Bakıda minik avtomobili yolun ortasında tozanaq qopararaq aşıb.

Trend xəbər verir ki, Bakıda prospektlərdən birində yüksək sürətlə hərəkətdə olan minik avtomobili idarəetməni itirərək yolun ortasındakı maneənı aşaraq torpaq arakəsməyə girib. Arakəsmədə bir neçə ağacı yerindən qoparan avtomobil vöyük toz buludu yaradıb. Yalnız tozanaq çəkiləndən sonra avtomobilin aşdığı məlum olub.

Avtomobilin aşdığını görən onlarla insan qaçaraq qəzada xəsarət alanlara yardım etməyə tələsir.

Trend həmin qəzanın videogörüntüsünü təqdim edir.

Video Player
Məqalədə:
Xəbər lenti

Xəbər lenti