...

Azərbaycanda 540 abituriyent kollec tələbəsi olmaq istəmədi

Cəmiyyət Materials 19 Sentyabr 2013 17:20 (UTC +04:00)
2013-2014-cü tədris ili üçün 11 illik təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə qəbul olan abituriyentlərin 118-i, ümumi orta təhsil bazasında (9 illik) orta ixtisas təhsili müəssisələrinə qəbul olan abituriyentlərin isə 422-si tələbə olmaqdan imtina edib.
Azərbaycanda 540 abituriyent kollec tələbəsi olmaq istəmədi

Azərbaycan, Bakı, 19 sentyabr /Trend, müxbir İ.İsabalayeva/

2013-2014-cü tədris ili üçün 11 illik təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə qəbul olan abituriyentlərin 118-i, ümumi orta təhsil bazasında (9 illik) orta ixtisas təhsili müəssisələrinə qəbul olan abituriyentlərin isə 422-si tələbə olmaqdan imtina edib.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından Trend-ə verilən məlumata görə, tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə qəbul olan 663 abituriyentin 545-i, ümumi orta təhsil bazasında (9 illik) orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə qəbul olan 1884 abituriyentin 1462-si qeydiyyatdan keçib.

2013-2014-cü tədris ili üçün orta ixtisas təhsil müəssisələrinin boş qalan plan yerlərinə qəbul olan abituriyentlərin qəbul olduqları təhsil müəssisəsində qeydiyyatı bu gün başa çatıb.

Tələb olunan vaxtda qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilməsindən imtina etməsi kimi qiymətləndirilir və onların qəbul haqqında əmri təhsil müəssisəsinə göndərilmir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti