...

Azərbaycanda 8 həkim rezidenturada oxumaqdan imtina etdi

Cəmiyyət Materials 23 Sentyabr 2013 17:06 (UTC +04:00)
2013/2014-cü tədris ili üçün baza ali tibb təhsili əsasında rezidenturaya qəbul olmuş 504 həkimin 496-sı daxil olduğu təhsil müəssisəsində qeydiyyatdan keçib.
Azərbaycanda 8 həkim rezidenturada oxumaqdan imtina etdi

Azərbaycan, Bakı, 23 sentyabr /Trend, müxbir İ.İsabalayeva/

2013/2014-cü tədris ili üçün baza ali tibb təhsili əsasında rezidenturaya qəbul olmuş 504 həkimin 496-sı daxil olduğu təhsil müəssisəsində qeydiyyatdan keçib.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından Trend-ə verilən məlumata görə, rezidenturaya qəbul olan həkimlərin 8-i qeydiyyatdan keçməyib.

Komissiyadan bildirilib ki, rezidenturaya qəbul olmuş həkimlərin daxil olduqları təhsil müəssisələrində qeydiyyatı bu gün başa çatıb.

Bu il rezidenturaya qəbul olmaq istəyənlər üçün 528 plan yeri ayrılıb. İki mərhələ üzrə keçirilən qəbul imtahanlarının nəticələrinə əsasən, builki müsabiqədə iştirak edən namizədlərdən 504 nəfəri təhsilini rezidenturada davam etdirmək hüququ qazanıb. Onlardan 431 nəfər Azərbaycan bölməsinin, 73 nəfər isə rus bölməsinin namizədidir.

Rezidenturanın mülki ixtisaslarına qəbul olmuş şəxslər tələb olunan sənədləri sentyabrın 17-dən sentyabrın 23-dək Azərbaycan Səhiyyə Nazirliyinə təqdim etməklə qeydiyyatdan keçiblər.

Rezidenturaya qəbul olmuş şəxslərin göstərilən müddətdə qeydiyyatdan keçməməsi müvafiq ixtisasa yerləşdirilməkdən imtina etməsi kimi qiymətləndirilir və onların qəbul haqqında əmri müvafiq nazirliklərə göndərilmir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti