...

Azərbaycan MDB-nin medianın özünütənzimləmə qurumlarının illik toplantısına təmsil olunacaq

Cəmiyyət Materials 26 Sentyabr 2013 13:45 (UTC +04:00)
Müstəqil Dövlətlər Birliyinin medianın özünütənzimləmə qurumlarının növbəti illik toplantısı sentyabrın 27-dən Ukraynanın Odessa şəhərində öz işinə başlayacaq.
Azərbaycan MDB-nin medianın özünütənzimləmə qurumlarının illik toplantısına təmsil olunacaq

Azərbaycan, Bakı, 26 sentyabr /Trend, müxbir E.Mehdiyev/

Müstəqil Dövlətlər Birliyinin medianın özünütənzimləmə qurumlarının növbəti illik toplantısı sentyabrın 27-dən Ukraynanın Odessa şəhərində öz işinə başlayacaq.

Mətbuat Şurasından Trend-ə verilən məlumata görə, iki gün davam edəcək tədbirə Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov da qatılacaq.

İllk toplantıda MDB-nin medianın özünütənzimləmə şəbəkəsinə sədrliyin Azərbaycana keçəcəyi rəsmiləşəcək. Gələn il tədbirin ölkəmizdə təşkili məsələləri müzakirə olunacaq.

Toplantıda quruma üzv təşkilatların ötən müddətdə gördükləri işlər barədə hesabatları dinləniləcək. Ə.Amaşov rəhbərlik etdiyi qurumun fəaliyyətilə bağlı hesabat məruzəsi ilə çıxış edəcək.

Bundan başqa tədbirdə özünütənzimləmə şəbəkəsinə yeni üzvlərin cəlbi, etik standartların qorunması ilə bağlı beynəlxalq monitorinqin nəticələri, habelə onlayn media ilə əlaqədar şikayətlərin araşdırılması xüsusiyyətləri müzakirəyə çıxarılacaq, söz və ifadə azadlığını müxtəlif aspektləri nəzərdən keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti