...

Zakir Qaralov: Elşad Abdullayevin Azərbaycana ekstradisiya olunacağına əminəm

Cəmiyyət Materials 1 Oktyabr 2013 10:57 (UTC +04:00)
Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin ekstradisiyası ilə bağlı müvafiq qurumlara müraciət olunub. Trend-in məlumatına görə, bunu Azərbaycanın Baş prokuroru Zakir Qaralov jurnalistlərə açıqlamasında deyib.
Zakir Qaralov: Elşad Abdullayevin Azərbaycana ekstradisiya olunacağına əminəm

Azərbaycan, Bakı, 1 oktyabr /Trend, müxbir İ.İzzət/

Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin ekstradisiyası ilə bağlı müvafiq qurumlara müraciət olunub. Trend-in məlumatına görə, bunu Azərbaycanın Baş prokuroru Zakir Qaralov jurnalistlərə açıqlamasında deyib.

Z.Qaralov deyib ki, o, E.Abdullayevin Azərbaycana ekstradisiya olunacağına əmindir:

"Azərbaycan Beynəlxalq Universitetinin nəzdində fəaliyyət göstərmiş Tibb Mərkəzinin vəzifəli şəxsləri tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə edilərək insan orqanlarının qanunsuz köçürülməsi faktları ilə bağlı başlanmış cinayət işinin materiallarından mərkəzin direktoru Dilarə İsmayılova barəsində cinayət işi ayrıca icraata ayrılmaqla istintaqı tamamlanaraq baxılması üçün Məhkəməyə göndərilib. Elşad Abdullayev istintaqdan qaçıb xarici dövlətdə gizləndiyi üçün barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilərək axtarış elan olunmaqla tutulması istiqamətində beynəlxalq axtarış tədbirləri həyata keçirilir".

Qeyd edək ki, E.Abdullayev barəsində Cinayət Məcəlləsinin 137.3 (insan orqanların və ya toxumalarının alqı-satqısı) və 308.2-ci (vəzifə səlahiyyətlərdən sui-istifadə) maddələri ilə cinayət işi qaldırılıb. O, istintaqdan qaçıb xarici dövlətdə gizləndiyi üçün barəsində Nəsimi rayon Məhkəməsinin qərarı ilə həbs-qətimkan tədbiri seçilərək axtarış elan olunmaqla tutulması istiqamətində beynəlxalq axtarış tədbirləri həyata keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti