...

Bakıda şiddətli küləkli günlərin sayı artıb, küləyin istiqaməti əvvəlki vəziyyətinə qayıdıb

Cəmiyyət Materials 2 Oktyabr 2013 15:27 (UTC +04:00)

Azərbaycan, Bakı, 2 oktyabr /Trend, müxbir İ.İsabalayeva/

Son 20-30 ildə bu il ilk dəfə olaraq Bakıda şiddətli küləkli günlərin sayı artıb, küləyin istiqaməti isə əvvəlki vəziyyətinə qayıdıb. Bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun direktor əvəzi Ramiz Məmmədov deyib.

Onun sözlərinə görə, son 20-30 il ərzində apardığı araşdırmalar nəticəsində Şimali Xəzər və Bakının daxil olduğu Orta Xəzər zonasında şimal-qərb istiqamətli şiddətli küləklərin sürətinin azaldığı aşkarlanıb. Bu, qlobal ekosistemdə gedən dəyişikliklər nəticəsində baş verib.

R.Məmmədov bildirib ki, Bakıda küləyin sürəti ilə yanaşı, küləkli günlərin də sayı azalıb: "Bu, artıq çox böyük siqnaldır. Küləyin həm sürəti azalıb, həm də küləyin istiqaməti bir az dəyişib".

Alim deyib ki, Bakıda əvvəllər əsasən şimal, şimal-qərb istiqamətli küləklər üstünlük təşkil edirdi. Son 20-30 ildə isə küləyin istiqaməti şimal-şərqə keçib: "Ancaq bu il Bakıda küləyin istiqaməti 20-30 il əvvəlki istiqamətinə qayıdıb. Bu il həm şiddətli küləklər çox olub, həm də küləyin istiqaməti şimal və şimal-qərb olub".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti