...

Azərbaycanda ali məktəblərin ixtisaslarının dövrün tələblərinə uyğun olub-olmadığı araşdırılacaq

Cəmiyyət Materials 3 Oktyabr 2013 13:45 (UTC +04:00)
Onun sözlərinə görə, bu gün bəzi ixtisaslar dövrün tələblərinə cavab vermir.
Azərbaycanda ali məktəblərin ixtisaslarının dövrün tələblərinə uyğun olub-olmadığı araşdırılacaq

Azərbaycan, Bakı, 3 oktyabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanın ali məktəblərində tələbə qəbulunun aparıldığı ixtisasların dövrün tələblərinə uyğun olub-olmadığı araşdırılacaq. Trend-in məlumatına görə, bunu təhsil nazirinin müavini Ceyhun Bayramov VII Azərbaycan Beynəlxalq Təhsil və Karyera Sərgisinə həsr olunmuş mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, bu gün bəzi ixtisaslar dövrün tələblərinə cavab vermir: "Bunlar tərəfimizdən araşdırılacaq. Hesab edirəm ki, bunlar prosesə təkan veəcək".

C.Bayramov qeyd edib ki, müəllimlərin builki işə qəbulu üzrə müsabiqənin nəticələrinə əsasən, imtahanda iştrak etmiş 15 030 namizədin 1474 nəfəri işə qəbul olub. Orta məktəblərdə təxminən 1800 müəllim yeri vakanat qalıb: "Bizim üçün çox asan olmayan, ağır qərar verdik. Təhsil Nazirliyinin qərarı belə oldu ki, həmin yerləri vakant saxlayaq. Biz savadı olmayan insanları rəsmi olaraq təhsil sisteminə daxil etməyəcəyik. Bununla bağlı, biz müəllim hazırlığı ilə məşğul olan bütün təhsil müəssisələrinə məktub göndərmişik. Xahiş etdik ki, onlar bütün tədris planlarını Təhsil Nazirliyinə və Təhsi Problemləri İnstitutuna təqdim etsinlər. Araşdırılsın ki, bu tədris planları kurikuluma nə dərəcə uyğundur, onlarda hansı təkmilləşdirmə işləri aparılmalıdır. Hazırda biz həmin məktubun cavabını gözləyirik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti