...

Azərbaycan gəncləri Gürcüstanda beynəlxalq festivalda öz bacarıqlarını nümayiş etdirəcəklər

Cəmiyyət Materials 15 Oktyabr 2013 11:53 (UTC +04:00)
16 oktyabr tarixindən Gürcüstanın Siqnaxi şəhərində Gürcüstanın İdman və Gənclər Nazirliyi ilə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin birgə layihəsi olan Beynəlxalq Gənclər Festivalına start veriləcək.
Azərbaycan gəncləri Gürcüstanda beynəlxalq festivalda öz bacarıqlarını nümayiş etdirəcəklər

Azərbaycan, Bakı, 15 oktyabr /Trend /

Oktyabr 16-dan Gürcüstanın Siqnaxi şəhərində Gürcüstanın İdman və Gənclər Nazirliyi ilə Gənclər və İdman Nazirliyinin birgə layihəsi olan Beynəlxalq Gənclər Festivalına start veriləcək. Bu barədə Trend-ə Gənclər və İdman Nazirliyindən daxil olan məlumatda bildirilir.

Festivalın keçirilməsində məqsəd iki ölkə arasında gənclər və idman sahəsində əməkdaşlığı inkişaf etdirmək, ünsiyyət və əlaqələrin formalaşdırılmasına şərait yaratmaqdır.

Tədbirdə Azərbaycan Respublikası tərəfindən gənclər və idman naziri Azad Rəhimovun və digər rəsmi şəxslərin, respublikanın aparıcı gənclər təşkilatlarının rəhbərlərinin, ictimai fəal, yaradıcı və istedadlı gənclərin iştirakı nəzərdə tutulmuşdur.

19 oktyabr tarixinədək davam edəcək festival çərçivəsində Azərbaycan Respublikası Hökuməti və Gürcüstan Hökuməti arasında gənclərlə iş və idman sahələrində imzalanmış əməkdaşlıq haqqında Sazişlərin müddəalarını həyata keçirilməsi üçün 2014-2015-ci illər üçün tədbirlər planı imzalanacaqdır. Bundan başqa idman yarışları, müxtəlif sənətkarlıq işlərinin sərgisi, milli xörəklərimizin nümayişi, moda sərgisi, hər iki ölkənin gənclər təşkilatları ilə görüş və azərbaycanlı və gürcü gənclərin iştirakı ilə konsert proqramının təşkili nəzərdə tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti