...

IDEA AFFA ilə əməkdaşlığa başlayır (FOTO)

Cəmiyyət Materials 21 Oktyabr 2013 01:03 (UTC +04:00)
Ətraf mühitin qorunması üzrə lokal və beynəlxalq şəbəkə yaradan IDEA (International Dialogue for Environmental Action) kampaniyası AFFA (Azərbaycan Futbol Federasiyası Assossasiyası) ilə əməkdaşlığa başlayır.
IDEA AFFA ilə əməkdaşlığa başlayır (FOTO)

Azərbaycan, Bakı, 21 oktyabr /Trend/

Ətraf mühitin qorunması üzrə lokal və beynəlxalq şəbəkə yaradan IDEA (International Dialogue for Environmental Action) kampaniyası AFFA (Azərbaycan Futbol Federasiyası Assossasiyası) ilə əməkdaşlığa başlayır.

Əməkdaşlığın əsas məqsədi ekoloji maarifləndirmə işinin həyata keçirilməsi, AFFA-nın fəaliyyətində ətraf mühitin qorunmasını əsas istiqamətlərdən birinə çevirmək, müxtəlif tipli ekoloji layihələr həyata keçirməklə futbolçuları və futbol azarkeşlərinin diqqətini təbiətin qorunmasına yönəltməkdir.

Qeyd edək ki, qurumlar arasındakı əməkdaşlıq çərçivəsində həm yerli, həm də beynəlxalq layihələrin həyata keçirilməsi planlaşdırılır.

Bundan əlavə, əməkdaşlıq çərçivəsində AFFA tərəfindən ətraf mühitin qorunmasına dair çağırış şüarları altında dostluq görüşlərinin həyata keçirilməsi və müxtəlif ekoloji layihələrin dəstəklənməsi də baş tutacaqdır.

Onu da qeyd edək ki, futbol üzrə Dünya Çempionatı-2014 seçmə mərhələsi çərçivəsində Azərbaycan-Şimali İrlandiya və Azərbaycan -Rusiya futbol komandalarının görüşü zamanı IDEA kampaniyası meydançaya "yaşıl" bannerlər yerləşdirmiş, görüşü istər canlı, istərsə də ekran arxasından izləyən azarkeşləri ətraf mühitin qayğısına qalmağa səsləmişdir.

IDEA kampaniyasının mətbuat xidmətindən verilən məlumata əsasən, qurumlar arasında qarşılıqlı əməkdaşlıq ilə bağlı müqavilənin imzalanmasının ilin sonuna təsadüf etməsi gözlənilir.

IDEA (International Dialogue for Environmental Action) kampaniyası 2011-ci il 12 iyul tarixində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva tərəfindən başladılmışdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti